Prefabrik evlər, villalar, Kabinalar, Konteyner ofislər, köşklər, Turkiyə

Karmod quruldugu gündən etibarən Dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiya, Turkiyə, Koreya, Çin, Yaponiya və Avropa ölkələrdən tikinti və istesalat materiallarının, texnikaların və onların ehtiyyat hissələrinin satışını həyata keçirməkdədir.
Eyni zamanda firmamız nümayəndəliyini etdiyi şirkətlərin mallarını Azərbaycan, Gürcüstan, Rusiya,Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna bazarlarına çıxarır. Keyfiyyəti və müştəri məmnuniyyətini ön planda tutan firmamız müasir texnologiyadan istifadə edərək, estetik, möhkəm və fərqliliyin ön planda olduğu məhsulları alıcılara təqdim edir. Müştərilərimizlə uzun zaman çərçəvəsində, gizliliyin və güvənliliyin qorunması şərti ilə keyfiyyətli bir əməkdaşlıq etməkdəyik.
Dəyərli müştərilərimizə daha yaxşı xidmət göstərmək üçün sifarişlərinin internet üzərindən qəbulu, qısa zaman içində dəyərləndirilməsi və keyfiyyətli məhsulların təqdim olunması ilə təcrübəli mütəxəssislərimiz məşğul olur. Müştərilərimizin sifarişlərini daha dəqiq təhlil edərək təqdim etdiyimiz məhsulların çeşidini artırmaqla və qısa zamanda məhsulların satışını təşkil etməklə yanaşı araşdırmalarımıza fasiləsiz davam edərək bu günə qədər xidmətimizi uğurla davam etdirməkdəyik.
Etibarlı markaların etibar etdiyimiz məhsullarını etibarlı satış sistemimiz ilə müştərilərə çatdırmaqdan hər zaman qürur duyuruq. Karmod Azərbaycanda aşağıdakı dünyaca məhşur şirkətlərin düstribütorluğunu həyata keçirir:

Karmod : tikinti modul konstruksiyaları - Tezyığılan binalar

Tezyığılan binalar – yeməkxana, yataqxana, xəstəxana, məktəb, idarə, laboratoriya və sair yaşayış və qeyri-yaşayış təyinatlı ola biləcək müxtəlif sahəsi və mərtəbələrin müxtəlif sayı olan örtülü komfortlu binalarda təcəssüm etdirilmiş universal operativ həlldir. Belə binaların konstruksiyası, zəlzələyə davamlılıq və məntəqə və bölgənin iqlim şəraitləri nəzərə alınmaqla layihələşdirilib təsdiq edilir. Binaların hündürlüyü – 2,50 m. və 3 m.-dir. Standart lövhələr, hazır və ya müştərinin arzusu ilə çəkilmiş layihələrə əsasən 1,26 m. mislində hesablanır.  Divarların materialı – betopan – arasında penoplast olan sement-sellyuloza lövhələrindən ibarət olan xüsusi tikinti materialıdır.

Karmod tikinti modul konstruksiyaları Konteynerlər

Konteynerlər – hazırlıq, tikinti, istehsal və sair işlərə aid olan bir sıra texniki vəzifələrə xidmət edən rahat, mobil və tezyığılan konstruksiyalardır. Konteyner karkasının örtülməsinin variantları müxtəlifdir – həm profilli polad təbəqə, penoplast bloku və lambirdən ibarət olan kompozit lövhələr, həm sendviç-lövhələr, həm də sinklənmiş polad profilli təbəqələr.  Zərurət olduqda, mərtəbələr arasında pilləkən əlavə edilməklə çoxmərtəbəli konteynerlərin quraşdırılması mümkündür.

Anqarlar

Anqarlar anbar, depo, emalatxana və sair kimi istifadə edilir. Bayır divarlar – ya sinklənmiş profilli polad təbəqə, ya da sendviç-paneldir. Sahəsindən asılı olaraq anqarların ölçüləri müxtəlif ola bilər və onlar, həmçinin, anqarlar kompleksinin tərkib hissələri kimi istifadə edilə bilər. Anqarların standart hündürlükləri – 4 m., 4,5 m. və 6 m. Anqarların maksimum eni – 10 m.
Tağşəkilli anqarlar həm anbar, depo, emalatxana, həm də iş heyəti üçün yeməkxana və yataqxana məqsədi ilə istifadə edilə bilər. Bu halda bölmə, seksiya, keçid, qapı və sair əlavə şəraitlərin təmin edilməsi mümkündür.
Tağşəkilli anqarlar – hər hansı hava şəraitində inşaat meydançaları üçün ideal həlldir.

Sosyal Medya'da Karmod